Nazarbayevin abidəsi Astanadan götürüldü

Nazarbayevin abidəsi Astanadan götürüldü Dünya

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin abidəsi Astanadan götürülüb.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir Nurlan Yermekbayevin əmri ilə "Qazaxıstan Respublikasının ilk prezidenti adına Milli Müdafiə Universiteti — Elbası" adı "Qazaxıstan Respublikası Milli Müdafiə Universiteti" olaraq dəyişdirilib.

Hazırda abidə Müdafiə Nazirliyinin binalarından birində müvəqqəti saxlanılır.