Nazir bu şəxslərə edam cəzası - İSTƏDİ
Dünya
İsrailin energetika naziri İsrael Katz oktyabrın 7-də HƏMAS-ın hücumlarında iştirak edənlərə ölüm cəzası vermək üçün xüsusi hərbi məhkəmənin yaradılmasına çağırış edib.
News24.az xəbər verir ki, bu barədə o teleqram kanalında paylaşım edib.
Paylaşımda qeyd olunub ki, Qəzzadan həyata keçirilən hücumlarda 308-i əsgər olmaqla 1400 İsrailli ölüb, 5 min 132 İsrailli yaralanıb.
İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücumlar təşkil edib.
“Minlərlə günahsız insan həyatını itirib. Bu vəhşiliyi törədənlər ölüm cəzası ilə cəzalandırılmalıdır”-deyə, o paylaşımını sonlandırıb.
Ülkər Abdurahmanlı