Neft sızması fövqəladə vəziyyətə səbəb oldu

Neft sızması fövqəladə vəziyyətə səbəb oldu Dünya

Mətbuat konfransında danışan Rouli Tobaqo bölgəsi yaxınlığında batan gəminin kimə məxsus olduğunun və gəmidən nə qədər neft sızdığının hələ müəyyən edilmədiyini bildirib.

News24.az xəbər verir ki, neft sızıntısının Tobaqoda bir çox çimərliyi çirkləndirdiyini qeyd edən Rouli bu hadisənin ölkədə “fövqəladə vəziyyət”ə səbəb olduğunu bildirib.

Rouli bildirib ki, neft sızıntısının təmizlənməsi üzrə işlər və bu cür işlərə tələb olunan vəsaitin müəyyən edilməsi yalnız vəziyyət nəzarət altına alındıqdan sonra mümkün olacaq.

Əlverişli hava şəraiti səbəbindən hadisə yerində işlərin yaxşı getdiyini bildirən Rouli bununla bağlı bir neçə ölkədən kömək təklifi aldıqlarını bildirib.

Tobaqo Assambleyasının baş katibi Farley Augustine də məsələ ilə bağlı açıqlamasında dalğıcların gəmidəki sızıntıya nəzarət etmək üçün işlərini davam etdirdiyini bildirib.

Günel Məlikzadə