Neftin qiyməti 2 dəfə artdı
Dünya
ABŞ-ın pərakəndə satış məlumatlarından sonra neft qiymətləri təxminən iki faiz artıb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, İnvestorların Beynəlxalq Enerji Agentliyinin bu il tələb artımının yavaşladığını göstərən hesabatını gözləməsinə baxmayaraq, brent markalı neftin fyuçersləri 1,7 faiz ekvivalenti ilə 1,39 dollar artaraq 82,99 dollar/barelə çatıb.
ABŞ-ın Qərbi Texas neftinin fyuçersləri də 1,51 dollar və ya iki faiz artaraq 78,16 dollar/barelə çatıb.
Mehriban Mirzəzadə