Netanyahunun HƏMAS-a - MESAJ

Netanyahunun HƏMAS-a - MESAJ Dünya

İsrailin baş naziri Binyamin Netanyahu, HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumlar və İsrail ordusunun Qəzza zolağında keçirəcəyi deyilən quru əməliyyatı ilə bağlı mətbuata açıqlama verib.

News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.

"İndi vahid bir məqsəd üçün bir araya gəlməyin vaxtıdır. Ortaq gücümüzlə, haqqımıza və yəhudi xalqının əbədiliyinə dərin inamımızla, biz Yeşayanın Həmas əleyhinə peyğəmbərliyini görəcəyik. Artıq ölkəmizdə zorakılıq, quldurluq və dağıntı xəbərləri olmayacaq”-deyə, o çıxışını snlandırıb.

Ülkər Abdurahmanlı