“Onun üzünə yumruq vurmaq istədim"

“Onun üzünə yumruq vurmaq istədim" Dünya

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ukraynalı videobloqerə  təəccüblü açıqlamalar verib.

News24.az xəbər verir ki, o, açıqlamasında rusiyalı həmkarı Sergey Lavrovla görüşünə də toxunub.

O deyib ki, görüş zamanı rusiyalı həmkarının üzünə yumruq atmaq istəyib.

"Ən çətin görüşlər odur ki, gedib qarşı tərəfin burnuna yumruq vurmaq istəyirsən, amma həqiqətən bacarmırsan. Deyə bilərəm ki, bu, iki-üç dəfə olub. Onlardan biri Lavrovla görüşdə olub", - deyə nazir bildirib.

Nəzrin