Paşinyana qarşı etiraz: - 151 nəfər saxlanıldı

Paşinyana qarşı etiraz: - 151 nəfər saxlanıldı Dünya

Ermənistan polisi baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları zamanı 151 nəfəri saxlayıb.

News24.az "İnterfaks" xəbər agentliyinə istinadən xəbər verir ki, bu gün paytaxt İrəvanda etirazçılar bir araya gəlib.

Aksiya zamanı bəzi sərhəd kəndlərini Azərbaycana buraxmaq qərarına görə Paşinyanın istefası tələb olunub.

Digər tərəfdən, Paşinyan ötən həftə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, iki liderin keçirdiyi görüşdə Rusiya qüvvələri və sərhədçiləri Ermənistanın müxtəlif bölgələrindən çəkilməyə razılaşıblar.

Günel Məlikzadə