Paşinyan bu videosu ilə yenidən gündəmdə
Dünya
Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı reper Makanın mahnısı ilə video çəkib.
News24.az xəbər verir ki, o, sözügedən görüntünü özünün “İnstagram” səhifəsində paylaşıb.
Videoda siyasətçi düşüncəli şəkildə oturub və mahnını dinləyib.Daha sonra isə Paşinyan əl hərəkətləri ilə ürək işarəsi göstərib.
Qeyd edək ki, bundan əvvəl Paşinyan müğənni Zemfiranın sevgi haqda mahnısını dinləyərək düşüncəyə dalıb.