Paşinyan İrana gedəcək

Paşinyan İrana gedəcək Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın zamanda İrana rəsmi səfər edəcək.

News24.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.

"Bununla bağlı danışıqlar aparılır. Konkret tarix yoxdur", - Paşinyan qeyd edib.

Daha əvvəl İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bildirib ki, Paşinyanın Tehrana səfəri zamanı iki ölkə arasında strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalanacaq.