Paşinyandan açıqlama: Seçkidə iştirak edəcək
Dünya
Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn parlament seçkisində iştirakını bəyan edib.
News24.az xəbər verir ki, Ermənistan lideri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Baş nazir rəhbərlik etdiyi Vətəndaş Sazişi Partiyasının proporsional siyahısında yer alacaq.
Qeyd edək ki, Ermənistanda parlament seçkisi 2026-cı ilin iyun ayında baş tutacaq.