Putin bu qızla danışmaq üçün iclası yarımçıq - KƏSDİ - FOTO
Dünya
Rusiya prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının videobağlantı vasitəsilə keçirilən iclasını yarımçıq dayandırıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Putin bir qızla söhbət etmək üçün bu addımı atıb.
"Sankt-Peterburqdan olan Kseniya Mazneva özünü xəbər aparıcısı kimi sınamaq arzusunda idi. Mən bir neçə dəqiqəliyə getməliyəm və işlərin necə getdiyini öyrənməliyəm", - deyə dövlət başçısı nazirlərə bildirib.
Qeyd edək ki, prezidentin görüşü “Rossiya 24” telekanalında “Gəlin baxaq” media platforması tərəfindən yayımlanıb.
Nəzrin