Putin bu tarixdə Türkiyəyə səfər edəcək

Putin bu tarixdə Türkiyəyə səfər edəcək Dünya

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin hər iki ölkədə seçki prosesindən dərhal sonra baş tutacağını gözlənilir.

News24.az xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasından məlumat yayılıb.

“Hələlik konkret tarixlər barədə məlumat yoxdur, lakin səfər hazırlanır. Güman edirəm ki, görüş bu, iki ölkədə seçki prosesinden dərhal sonra baş verəcək”, - mənbə qeyd edib.

Xatırladaq ki, Türkiyədə yerli hakimiyyət orqanlarına seçkilər martın 31-də, Rusiyada isə martın 15-17-də prezident seçkiləri keçiriləcək.

Mehriban Mirzəzadə