Qəzzada atəşkəs elan edildi
Dünya
Qəzza zolağında dörd saat davam edəcək humanitar atəşkəs elan edilib.
News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) X sosial şəbəkəsində məlumat verib.
Hesabatda deyilir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında mülki əhalinin qida və su ehtiyatlarını bərpa etməsi üçün humanitar atəşkəs elan edib.