Qriqoryandan diqqətçəkən açıqlama: Onlar Azərbaycana gələcək
Dünya
"Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri tezliklə Azərbaycana cavab səfəri edəcəklər".
News24.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə beynəlxalq konfransda deyib.
O bildirib ki, oktyabrın 21-22-də Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti ikitərəfli dəyirmi masada iştirak etmək üçün ilk dəfə olaraq Ermənistana səfər edib. İndi isə yaxın zamanda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcəklər.
"Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin də tezliklə Azərbaycana cavab səfəri edəcəkləri gözlənilir. Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakına qədər Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri beynəlxalq təhlükəsizlik forumunda iştirak etmək üçün Bakıya səfər edib. Bu cür qarşılıqlı səfərlər iki cəmiyyət arasında qarşılıqlı etimad və anlaşmanın, eləcə də Ermənistan və Azərbaycan arasında sülhün güclənməsinə töhfə verəcək" , – deyə Qriqoryan əlavə edib.