Rəsmi Bakının təhvil verdiyi Xaçatryanın xəstəxanadan fotosu
Dünya
Xəbər verdiyimiz kimi, Azərbaycan bu həftə ölkəmizdə cəza çəkən dörd erməniəsilli şəxsi - Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Viqen Euljekjyanı Həkəri çayı üzərindəki körpüdə müvafiq Ermənistan qurumlarının nümayəndələrinə təhvil verib.
Rəsmi Bakı bu addımı Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa, humanizm prinsiplərinə uyğun olaraq atıb.
News24.az xəbər verir ki, Teleqraf İrəvana təhvil verilən Xaçaturyanın fotosunu əldə edib.
Fotodan aydın olur ki, Xaçaturyan xəstəxanaya yerləşdirilib və o, oksigen aparatına qoşulub.
Qeyd edək ki, Meşəli hadisələrinə görə, Azərbaycanda 15 il müddətinə azadlıqdan məhrum edilən Vaqif Xaçaturyan Bakıda olarkən vəziyyəti pisləşmiş, Yeni Klinikanın Reanimasiya şöbəsinə ciddi dərəcədə ağır aortal stenoz, orta dərəcəli mitral stenoz və xroniki ürək çatışmazlığının dekompensasiyası fonunda inkişaf etmiş ağciyər ödemi və ağır tənəffüs çatışmazlığı diaqnozu ilə kritik vəziyyətdə yerləşdirilmişdi.