Rusiya səfiri İtaliya XİN-ə çağırıldı
Dünya
Rusiyanın Romadakı səfiri Aleksey Paramonov İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.
News24.az xəbər verir ki, buna səbəb Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın səsləndirdiyi fikirlər olub.
Səfirin XİN-ə çağırılmasına cavab olaraq Mariya Zaxarova bildirib: "İnsanlara Kiyevdəki terror rejiminə sponsorluğun cinayət və günah olduğunu bir daha xatırlatmaq üçün imkanımız olacaq”.
Noyabrın 3-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Romanın mərkəzindəki tarixi Torre dei Conti qülləsinin dağılmasını şərh edərkən, ölkə hakimiyyətinin Ukraynaya dəstək üçün pul xərcləməyə davam edəcəyi təqdirdə İtaliyanın "tamamilə dağılacağını" bildirib.