Rusiya Ukraynada avtobusa zərbə endirdi: 12 nəfər öldü
Dünya
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk bölgəsində avtobusa dronla zərbə endirib. Hücum nəticəsində 12 nəfər ölüb, 7 nəfər yaralanıb.
News24.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanja Teleqram səhifəsində məlumat verib.
Qanja bildirib ki, hadisə Pavloqrad rayonu ərazisində baş verib.
Avtobusda mədən işçiləri olub, onlar növbədən çıxarkən dron hücumuna məruz qalıblar.