Rusiyada böyük qaz terminalında - YANĞIN

Rusiyada böyük qaz terminalında - YANĞIN Dünya

Sankt-Peterburq yaxınlığındakı böyük qaz terminalında yanğın baş verib. 

News24.az xəbər verir ki, bu barədə şəhər qubernatoru Aleksandr Drozdenko məlumat verib.

Yanğın Ust-Luqa limanında yerləşən "Novatek" şirkətinin terminalında baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, ekipaj təxliyə edilib.

Kinqisepsk rayonunda yüksək hazırlıq vəziyyəti elan edilib. Əməliyyat qərargahı yaradılıb. Hadisə yerində yanğınsöndürənlər və təcili yardım maşınları cəlb edilib.