Rusiyada hərbi kommisarlıqlar niyə YANDIRILIR? - EKSPERT RƏYİ
Dünya
Rusiyada Ukrayna müharibəsinə etiraz edən vətəndaşlar 2022-ci ilin sentyabrından etibarən müxtəlif şəhərlərdə yerləşən hərbi kommisarlıqların binalarına od vurur. Məlumatına görə, son bir neçə gün ərzində bu hallar kəskin artıb. təkcə istirahət günləri ərzində analoji hal 17 regionda yerləşən idarələrin inzibati binalarına qarşı törədilib.
Eyni hadisələrin bir ilə yaxın müddətdə silsilə hal alması vətəndaşların səfərbərliyə, ümumiyyətlə Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyata, eləcə də hərbi xidmətdən yayınmağa görə cərimələrin 3 min rubldan 30 min rubladək, başqa sözlə desək, 10 dəfə artırılmasına etirazı kimi qiymətləndirilir. Müvafiq statistikaya əsasən, hadisələrin törədilməsində şübhəli bilinənlərin daha çox çağırış yaşında gənclər və ya onların valideynləri olması şübhələri bir qədər də artırır.
Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, son sutkada 10 vilayətdə yerləşən hərbi kommisarlıq binasına od vurulub. Bəzi hallarda eyni binanı üç dəfə yandırmağa cəhd göstəriblər. Nəticədə onların infrastrukturuna dəyəri milyonlarla rubl məbləğində ziyan dəyib. Ümumilikdə isə son dövrdə Sankt-Peterburq, Voronej, Omsk, Vladivostok, Kaluqa, Ulan-Ude, Krasnoyarsk, Yekaterinburq, Podolsk, Kazan, o cümlədən Krımda hərbi komissarlıqlar yandırılıb. Sözü gedən regionun Feodosiya şəhərində bu əməli törədən 51 yaşlı qadın saxlanılıb. O, binaya "Molotov" kokteyli atmaqda şübhəli bilinir.
Təkcə iyul ayı ərzində 21 fakt üzrə şübhəli bilinənlər saxlanılıb. 30 halda isə hadisəni törədənləri müəyyən etmək mümkün olmayıb. Qeyd etmək yerinə düşər ki, şübhəlilər arasında orta ümumtəhsil məktəblərinin müəllimləri də var. Yuxarıda göstərilən hər bir fakt üzrə "Terrorçuluq" maddəsilə cinayət işi qaldırılıb. Maddənin tələbində 12 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulur.
Bu arada, hadisələrin baş vermə senarisi də maraqlıdır. Rəsmi versiyaya görə, naməlum şəxslər əksəriyyəti təqaüdçü qadınlardan ibarət bir neçə vətəndaşa zəng edərək, kimlərinsə onun adına kredit rəsmiləşdirmək istədiyini deyir. Bunun qarşısını almaq üçün isə bankın həmin şəhərdə yerləşən ofisini yandırmaq təklif olunur. Ünvan kimi isə şəhərin Hərbi Komissarlığının inzibati binası göstərilir.
Bütün faktlarla bağlı cinayət işləri İstintaq Komitəsində araşdırılır. Çünki hələ ötən il oktyabrın 30-da Rusiya ordusunun Baş Qərargahı bütün bu faktların terror aktı kimi qiymətləndiriləcəyini açıqlayıb.
Hökumət isə baş verənlərə münasibət bildirməyə tələsmir. Ötən ildən bu yana 47 fakt üzrə məhkəəmə qərarı çıxarılıb və təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Məsələ ilə əlaqədar News24.az-a açıqlama verən Rusiyada yaşayan ukraynalı siyasi şərhçi Maksim Şevçenko bildirdi ki, bu hadisələr terror aktı kimi dəyərləndirilib. O, eyni zamanda məsələni şərh etməsinin yaradacağı problemlərdən ehtiyatlandığını da gizlətmədi:
"Mən terrorun istənilən formada təzahürünün əleyhinə olsam da, bir sıra səbəblərdən bu mövzunu ətraflı şərh edə bilməyəcəyəm. Bilirsiniz ki, hazırda Rusiyada siyasi fəallar müxtəlif səviyyələrdə təqiblərə məruz qalır və söylədiyi fikirlər onlara qarşı istifadə olunur. Mən isə bundan ehtiyat edirəm. Çünki ailəmlə birlikdə Moskvada yaşayıram və işləyirəm. Rusiya ordusu və hökuməti əleyhinə söyləyəcəyim istənilən fikir mənə qarşı istifadə oluna bilər. Mən isə bunu istəmirəm".
Digər siyasi şərhçi, Oleq Kuznetsov isə bu səpkili hücumları təxribat adlandırdı.
Onun dediyinə görə, baş verənlər nə bu qurumların işinə, nə də ölkəsinin Ukraynada apardığı hərbi əməliyyatların məqsədlərinə təsir edir. O, Kuznetsov fikirlərini onunla əsaslandırdı ki, hazırda Rusiya-Ukrayna cəbhəsində vuruşanların çoxu səfərbərliyə özəl şirkətlərlə müqavilə əsasında cəlb olunub. Onların çoxu ya "Vaqner" özəl hərbi şirkətinin, ya da Donetsk və Luqanskda qanunsuz formalaşan "respublikalardan" gələn döyüşçülərdir. O, düşünür ki, hərbi kommisarlıq binalarına hücumların müharibə ilə əlaqəsi yoxdur:
"Son aylarda doğrudan da Rusiyada hərbi kommisarlıqlara hücumlar artıb. 30 gün ərzində isə bu hadisələr daha da intensivləşib. Bu qurumlar yerli hərbi idarəetmə orqanı olsa da son dövrlər sırf texniki məsələlərin həlli ilə məşğuldur. Hələ də bəzi ölkələrdə elə düşünürlər ki, Ukraynada Rusiya tərəfindən hərbçilər döyüşür, lakin bu belə deyil. Oraya əsasən tanınmayan "Donetsk Xalq Respublikası"dan və "Luqansk Xalq Respublikası"dan "könüllü" adı ilə orduya zorla cəlb olunan şəxslər aparılır. Bəzi skeptiklər düşünür ki, kommisarlıq binalarının yandırılması Rusiyanın Ukraynadakı hərbi məqsədlərinə təsir edəcək. Amma onlar tamamilə yanılır. Hətta bu binaların yarısı belə məhv edilsə ölkənin məqsədi dəyişən deyil".
Hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, baş verənlər Rusiyalıların hökumətin Ukrayna siyasətinə etirazının bariz nümunəsidir:
"Rusiya ictimaiyyəti artıq Ukraynadakı hərbi əməliyyatların Rusiyanın milli maraqlarına uyğun olmadığı qənaətindədir. Vəziyyət o yerə çatıb ki. adı çəkilən ölkədə hərbi xidmətdən yayınma normal hal kimi qəbul olunur. Hətta, fikir verdinizsə bir müddət əvvəl "Vaqner" qruplaşması Moskvaya yaxınlaşanda ordu belə onun qarşısını kəsməyə həvəs göstərmədi. Bir məsələni də qeyd edim ki, son bir ayda Baxmut və Soledardakı mövqelərin itirilməsi də onu göstərir ki, Rusiya ordusu artıq Ukraynada müharibənin davam etməsində maraqlı deyil. Baş verənlər xalqda çoxsaylı suallar doğurur".
Hərbi ekspert Üzeyir Cəfərlinin qənaətincə isə, Rusiya öz vətəndaşlarının qəzəbinin qarşısını almaqda ciddi çətinliklər yaşayır. O düşünür ki, indiki halda Rusiya hakimiyyətinin yalnız bir yolu var:
"Moskaya dron hücumları, ticarət mərkəzlərinə edilən silahlı hücumlar, o cümlədən Rusiya Silahlı Qüvvələrinin Ukrayna cəbhəsindəki çoxsaylı itkiləri vətəndaşların qəzəbini artırıb. Mən hesab edirəm ki, Kreml bundan sonra da analoji hadisələrin qarşısını ala bilməyəcək. Çünki Rusiya Ukrayna cəbhəsində böyük itkilərlə üzləşib. Rəsmi məlumatlar onu deyir ki, Ukrayna ordusunun əks hücumları nəticə verir. Düşünürəm ki, Rusiya cəmiyyətində gərginlik bundan sonra da davam edəcək. Məncə, rəsmi Moskva artıq müharibə ilə bağlı reallıqları qəbul etməli və bu siyasətindən əl çəkməlidir".
Qeyd edək ki, baş verənlərdən sonra Rusiyanın xüsusi xidmət orqanları istər hərbi kommisarlıq binalarının, istərsə də digər strateji obyektlərin mühafizəsini gücləndirib. Hüquq-mühafizə orqanlarına isə günahkarların qısa müddətdə tapılaraq, ciddi cəzalandırılmasına dair konkret tapşırıq verilib.
Fərid Azəri
Eyni hadisələrin bir ilə yaxın müddətdə silsilə hal alması vətəndaşların səfərbərliyə, ümumiyyətlə Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyata, eləcə də hərbi xidmətdən yayınmağa görə cərimələrin 3 min rubldan 30 min rubladək, başqa sözlə desək, 10 dəfə artırılmasına etirazı kimi qiymətləndirilir. Müvafiq statistikaya əsasən, hadisələrin törədilməsində şübhəli bilinənlərin daha çox çağırış yaşında gənclər və ya onların valideynləri olması şübhələri bir qədər də artırır.
Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, son sutkada 10 vilayətdə yerləşən hərbi kommisarlıq binasına od vurulub. Bəzi hallarda eyni binanı üç dəfə yandırmağa cəhd göstəriblər. Nəticədə onların infrastrukturuna dəyəri milyonlarla rubl məbləğində ziyan dəyib. Ümumilikdə isə son dövrdə Sankt-Peterburq, Voronej, Omsk, Vladivostok, Kaluqa, Ulan-Ude, Krasnoyarsk, Yekaterinburq, Podolsk, Kazan, o cümlədən Krımda hərbi komissarlıqlar yandırılıb. Sözü gedən regionun Feodosiya şəhərində bu əməli törədən 51 yaşlı qadın saxlanılıb. O, binaya "Molotov" kokteyli atmaqda şübhəli bilinir. Təkcə iyul ayı ərzində 21 fakt üzrə şübhəli bilinənlər saxlanılıb. 30 halda isə hadisəni törədənləri müəyyən etmək mümkün olmayıb. Qeyd etmək yerinə düşər ki, şübhəlilər arasında orta ümumtəhsil məktəblərinin müəllimləri də var. Yuxarıda göstərilən hər bir fakt üzrə "Terrorçuluq" maddəsilə cinayət işi qaldırılıb. Maddənin tələbində 12 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulur.
Bu arada, hadisələrin baş vermə senarisi də maraqlıdır. Rəsmi versiyaya görə, naməlum şəxslər əksəriyyəti təqaüdçü qadınlardan ibarət bir neçə vətəndaşa zəng edərək, kimlərinsə onun adına kredit rəsmiləşdirmək istədiyini deyir. Bunun qarşısını almaq üçün isə bankın həmin şəhərdə yerləşən ofisini yandırmaq təklif olunur. Ünvan kimi isə şəhərin Hərbi Komissarlığının inzibati binası göstərilir. Bütün faktlarla bağlı cinayət işləri İstintaq Komitəsində araşdırılır. Çünki hələ ötən il oktyabrın 30-da Rusiya ordusunun Baş Qərargahı bütün bu faktların terror aktı kimi qiymətləndiriləcəyini açıqlayıb.
Hökumət isə baş verənlərə münasibət bildirməyə tələsmir. Ötən ildən bu yana 47 fakt üzrə məhkəəmə qərarı çıxarılıb və təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Məsələ ilə əlaqədar News24.az-a açıqlama verən Rusiyada yaşayan ukraynalı siyasi şərhçi Maksim Şevçenko bildirdi ki, bu hadisələr terror aktı kimi dəyərləndirilib. O, eyni zamanda məsələni şərh etməsinin yaradacağı problemlərdən ehtiyatlandığını da gizlətmədi:
"Mən terrorun istənilən formada təzahürünün əleyhinə olsam da, bir sıra səbəblərdən bu mövzunu ətraflı şərh edə bilməyəcəyəm. Bilirsiniz ki, hazırda Rusiyada siyasi fəallar müxtəlif səviyyələrdə təqiblərə məruz qalır və söylədiyi fikirlər onlara qarşı istifadə olunur. Mən isə bundan ehtiyat edirəm. Çünki ailəmlə birlikdə Moskvada yaşayıram və işləyirəm. Rusiya ordusu və hökuməti əleyhinə söyləyəcəyim istənilən fikir mənə qarşı istifadə oluna bilər. Mən isə bunu istəmirəm". Digər siyasi şərhçi, Oleq Kuznetsov isə bu səpkili hücumları təxribat adlandırdı.
Onun dediyinə görə, baş verənlər nə bu qurumların işinə, nə də ölkəsinin Ukraynada apardığı hərbi əməliyyatların məqsədlərinə təsir edir. O, Kuznetsov fikirlərini onunla əsaslandırdı ki, hazırda Rusiya-Ukrayna cəbhəsində vuruşanların çoxu səfərbərliyə özəl şirkətlərlə müqavilə əsasında cəlb olunub. Onların çoxu ya "Vaqner" özəl hərbi şirkətinin, ya da Donetsk və Luqanskda qanunsuz formalaşan "respublikalardan" gələn döyüşçülərdir. O, düşünür ki, hərbi kommisarlıq binalarına hücumların müharibə ilə əlaqəsi yoxdur:
"Son aylarda doğrudan da Rusiyada hərbi kommisarlıqlara hücumlar artıb. 30 gün ərzində isə bu hadisələr daha da intensivləşib. Bu qurumlar yerli hərbi idarəetmə orqanı olsa da son dövrlər sırf texniki məsələlərin həlli ilə məşğuldur. Hələ də bəzi ölkələrdə elə düşünürlər ki, Ukraynada Rusiya tərəfindən hərbçilər döyüşür, lakin bu belə deyil. Oraya əsasən tanınmayan "Donetsk Xalq Respublikası"dan və "Luqansk Xalq Respublikası"dan "könüllü" adı ilə orduya zorla cəlb olunan şəxslər aparılır. Bəzi skeptiklər düşünür ki, kommisarlıq binalarının yandırılması Rusiyanın Ukraynadakı hərbi məqsədlərinə təsir edəcək. Amma onlar tamamilə yanılır. Hətta bu binaların yarısı belə məhv edilsə ölkənin məqsədi dəyişən deyil".Hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, baş verənlər Rusiyalıların hökumətin Ukrayna siyasətinə etirazının bariz nümunəsidir:
"Rusiya ictimaiyyəti artıq Ukraynadakı hərbi əməliyyatların Rusiyanın milli maraqlarına uyğun olmadığı qənaətindədir. Vəziyyət o yerə çatıb ki. adı çəkilən ölkədə hərbi xidmətdən yayınma normal hal kimi qəbul olunur. Hətta, fikir verdinizsə bir müddət əvvəl "Vaqner" qruplaşması Moskvaya yaxınlaşanda ordu belə onun qarşısını kəsməyə həvəs göstərmədi. Bir məsələni də qeyd edim ki, son bir ayda Baxmut və Soledardakı mövqelərin itirilməsi də onu göstərir ki, Rusiya ordusu artıq Ukraynada müharibənin davam etməsində maraqlı deyil. Baş verənlər xalqda çoxsaylı suallar doğurur".Hərbi ekspert Üzeyir Cəfərlinin qənaətincə isə, Rusiya öz vətəndaşlarının qəzəbinin qarşısını almaqda ciddi çətinliklər yaşayır. O düşünür ki, indiki halda Rusiya hakimiyyətinin yalnız bir yolu var:
"Moskaya dron hücumları, ticarət mərkəzlərinə edilən silahlı hücumlar, o cümlədən Rusiya Silahlı Qüvvələrinin Ukrayna cəbhəsindəki çoxsaylı itkiləri vətəndaşların qəzəbini artırıb. Mən hesab edirəm ki, Kreml bundan sonra da analoji hadisələrin qarşısını ala bilməyəcək. Çünki Rusiya Ukrayna cəbhəsində böyük itkilərlə üzləşib. Rəsmi məlumatlar onu deyir ki, Ukrayna ordusunun əks hücumları nəticə verir. Düşünürəm ki, Rusiya cəmiyyətində gərginlik bundan sonra da davam edəcək. Məncə, rəsmi Moskva artıq müharibə ilə bağlı reallıqları qəbul etməli və bu siyasətindən əl çəkməlidir". Qeyd edək ki, baş verənlərdən sonra Rusiyanın xüsusi xidmət orqanları istər hərbi kommisarlıq binalarının, istərsə də digər strateji obyektlərin mühafizəsini gücləndirib. Hüquq-mühafizə orqanlarına isə günahkarların qısa müddətdə tapılaraq, ciddi cəzalandırılmasına dair konkret tapşırıq verilib.
Fərid Azəri