RUSİYADA TƏYYARƏ ZAVODU YANDI - VİDEO
Dünya
Rusiyanın təyyarə istehsalçılarından olan “MİQ” korporasiyasının zavodunda yanğın olub.
RTV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, alov binanın ikinci və üçüncü mərtəbələri arasında başlayaraq, 70 kvadratmetr sahəni əhatə edib.
Zavodun əməkdaşları dərhal təxliyə olunub, əraziyə yanğınsöndürənlər çağırılıb.
Hadisənin səbəbləri araşdırılır.