Rusiyanın Çeçenistandakı hərbi qərargahını kim yandırıb?
Dünya
Çeçenistanda Rusiya Silahlı Qüvvələrinin 70-ci Qvardiya motoatıcı alayının qərargahı yandırılıb.
News24.az xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hadisənin Şali şəhərində baş verdiyi qeyd edilir.
Çeçenistan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumatı şərh etmir.
Teleqram kanalları hərbi qərargahın İçkeriyanın millətçi qüvvələrinin nümayəndələri olan partizanlar tərəfindən yandırıldığını iddia edir.
Ayşən