“Rusiyanın qələbəsi region üçün faciədir” - Litva prezidenti
Dünya
“Rusiyanın qələbəsi regionun təhlükəsizliyi üçün faciə olacaq”.
News24.az “El Mundo” nəşrinə istinadən xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda bildirib.
G. Nauseda vurğulayıb ki, Ukraynanın cəbhədəki uğursuzluqlarına görə bilavasitə müttəfiqlər məsuliyyət daşıyır:
“Ola bilsin ki, Qərb cəmiyyəti yorulub. Lakin Qərb cəbhəsində Rusiya bir o qədər də güclü deyil. Biz yaxşı başa düşürük ki, bu ölkənin qələbəsi regiona yalnız fəlakət gətirəcək”.
Qeyd edək ki, Qərb mətbuatında Ukraynaya verilən dəstəyin azaldığı ilə bağlı yazılar dərc edilir. NBC telekanalı isə bildirir ki, ABŞ və Avropalı rəsmilər Kiyevi Rusiya ilə danışıqlara hazırlayır.
Fərid Azəri