Rutte Kiyevə səfər edəcək
Dünya
NATO-nun Baş katibi Mark Rutte çərşənbə axşamı Kiyevə səfər edərək Ali Radada çıxış edəcək.
News24.az xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb. Açıqlamanı Ali Radanın deputatları Yaroslav Jeleznyak və Aleksey Qonçarenko veriblər.
Qeyd edək ki, Ali Radanın 15-ci sessiyası çərşənbə axşamı, 3 fevralda açılacaq. Gündəliyə digər məsələlərlə yanaşı, NATO baş katibinin çıxışı da daxildir.