Saakaşvili yenidən - HAKİM QARŞISINA ÇIXARILIR?
Dünya
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclası başlayıb.
News24.az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Hələlik Saakaşvilinin sessiyada iştirak edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, keçmiş prezident Saakaşvili, eləcə də Gürcüstanın Dövlət Təhlükəsizlik Xüsusi Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiya 9 milyon dollara yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.