Sabah Türkiyə bu ölkələrlə saziş imzalayacaq
Dünya
Sabah Türkiyə Rumıniya və Bolqarıstanla İstanbulda Qara dənizdə mina əleyhinə hərbi dəniz qrupunun yaradılmasına dair anlaşma imzalayacaq.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat dərc edib.
"Qrupun fəaliyyəti yalnız dinc xarakter daşıyır və heç bir ölkəyə qarşı yönəlməyib", - məlumatda qeyd olunub.