Sərnişin avtobusu aşdı: 19 yaralı var
Dünya
Türkiyədə Kayseridən Yozqata gedən sərnişin avtobusu yoldan çıxaraq yan üstə düşüb.
News24.az xəbər verir ki, qəza nəticəsində sürücü və avtobus işçiləri də daxil olmaqla 19 nəfər xəsarət alıb.
Qəza yerinə jandarma, polis, sağlamlıq qruplar sövq edilib.
Xəsarət alan 19 nəfərdən 4-nün vəziyyəti ağır olaraq qalır.
Günel Məlikzadə