Suriya liderindən tarixi addım: bu ölkəyə ilk rəsmi səfər
Dünya
Suriya Prezidenti Əhməd Şaraa yaxın günlərdə Vaşinqtona səfər edəcək.
News24.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Suriya üzrə xüsusi elçisi Tom Barrak məlumat verib.
Barrakın sözlərinə görə, səfər Suriyanın İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qoşulması istiqamətində mühüm addım ola bilər.
Suriyalı mənbələr bildirir ki, səfərin növbəti iki həftə ərzində baş tutması gözlənilir. ABŞ Dövlət Departamentinin rəsmi məlumatına əsasən, indiyə qədər heç bir Suriya lideri Vaşinqtona rəsmi səfər etməyib.
Tom Barrak bildirib ki, Vaşinqton Suriyanı 2014-cü ildən fəaliyyət göstərən İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmağa dəvət edir.
“Biz bu alyansa hamının tərəfdaş kimi qatılmasını istəyirik. Bu, Suriya üçün də çox önəmlidir”, – deyə Barrak qeyd edib.