THY Əfqanıstana uçuşları bərpa edir
Dünya
Türk Hava Yolları 2021-ci ilin avqustunda Əfqanıstanda rəhbərlik dəyişikliyi ilə əlaqədar dayandırdığı Əfqanıstana uçuşları bərpa edib.
News24.az xəbər verir ki, təxminən 3 ildən sonra THY-nin ilk təyyarəsi Kabil Beynəlxalq Hava Limanına eniş edib.
Təyyarəni Türkiyənin Kabildəki səfirliyinin rəsmiləri, Türkiyənin Əfqanıstandakı qurumlarının nümayəndələri və Əfqanıstanın müvəqqəti hökumətinin rəsmiləri qarşılayıblar.
THY-nin İstanbul-Kabil reysləri həftədə dörd dəfə olmaqla çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.
Günel Məlikzadə