Tramp: Putinlə yaxın zamanda görüşə bilərik
Dünya
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda görüş ehtimalı yüksəkdir.
Bu barədə News24.az xarici KİV-ə istinadən xəbər verir.
O, xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskva görüşlərini “uğurlu” adlandıraraq, müharibənin tezliklə bitməsini istədiyini vurğulayıb.
Tramp, dəqiq yerin hələ müəyyən olunmadığını, amma görüşün tezliklə baş tuta biləcəyini deyib.
Xeyrənsə Piriyeva