Tramp Şaraanı qəbul edəcək - tarix açıqlandı

Tramp Şaraanı qəbul edəcək - tarix açıqlandı Dünya

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriya keçid dövrü prezidenti Əhməd əl-Şaraanı qəbul edəcək.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Türkiyədəki səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak Axios portalına açıqlamasında təsdiqləyib.

Məlumata görə, Əhməd əl-Şaraa Vaşinqtona səfəri zamanı Suriya tərəfinin ABŞ-ın rəhbərlik etdiyi “İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya” qoşulmasını nəzərdə tutan sənədləri imzalayacağı gözlənilir.

Portal qeyd edir ki, bu, Suriyanın prezidentinin Ağ Evə ilk rəsmi səfəri olacaq.