Türkiyə bu ölkədə "sürətli əməliyyat"a başladı

Türkiyə bu ölkədə "sürətli əməliyyat"a başladı Dünya

Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, son həftələrdə İraqın şimalında öldürülən terrorçuların sayında artım var:

“Biz bildirmişdik ki, bu yay İraqın şimalında “kilid” qapanacaq. Buna görə də sürətli və mütəmadi əməliyyatlarla terrorla mübarizəni davam etdiririk. Hazırda mübarizəmiz davam edir. Artıq “sürətləndirilmiş əməliyyatlar” mərhələsinə başlamışıq”.