Türkiyə İsraillə enerji layihələrini - DAYANDIRIR
Dünya
Türkiyə İsraillə birgə enerji layihələrində əməkdaşlığı dayandırıb.
News24.az "Yeni Şafak"a istinadən xəbər verir ki, Türkiyənin Energetika naziri Alparslan Bayraktar da noyabrda İsrailə planlaşdırılan səfərini ləğv edib. Səfər zamanı qazın alınması və Avropaya tranziti ilə bağlı yerli hakimiyyət orqanları və şirkətlərlə danışıqların aparılması planlaşdırılırdı.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin - İsrail münaqişəsinin gərginləşməsi ilə əlaqədar türk rəsmilərinin İsrailə planlaşdırılan bütün səfərlərinin ləğv edildiyini açıqlayıb.
Qumral