Türkiyə Rusiya banklarına - "QIRMIZI İŞIQ" YANDIRIR

Türkiyə Rusiya banklarına - "QIRMIZI İŞIQ" YANDIRIR Dünya

Türkiyə bankları Rusiyanın maliyyə institutları ilə əməkdaşlıqdan imtina etməyə başlayıb. 

News24.az xəbər verir ki, bu barədə yazı Rusiya mətbuatında dərc olunub. 

Məqalədə bildirilir ki, analoji vəziyyət bir müddət əvvəldən yaransa da, 2023-cü ilin dekabrında daha da pisləşib. Bu vəziyyət özünü daha çox xarici ticarət hesablaşmalarında göstərib. 

Bu istiqamətdə ilk addım kimi Rusiyada fəaliyyət göstərən bankların Türkiyədəki müxbir hesabları bağlanıb. Qərar daha çox anti-Rusiya sanksiyaları ilə izah edilir. 

Rusiya bankları üçün yaranmış məhdudiyyətlər arasında hesab açılmasından imtina və hər iki tərəfə pul köçürmələrinin mümkünsüzlüyü yer alıb. 2024-cü ilin əvvəlindən isə Türkiyədən məhsul və xidmətlərin onlayn sifarişi mümkünsüz olub. 

Rusiya rəsmi Ankaranı yaranmış problemlə bağlı məlumatlandırıb. Buna cavab olaraq vəziyyətin yaxın vaxtlarda araşdırılacağı bildirilib.


Fərid Azəri