Türkiyə yaxınlığında əməliyyat başladı: Əhali bölgədən təxliyə olunur

Türkiyə yaxınlığında əməliyyat başladı: Əhali bölgədən təxliyə olunur Dünya

Suriya ordusu ölkənin şimalında, Türkiyə sərhədinə yaxın bölgələrdə genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq əməliyyat üçün “düyməyə basılıb” və bir sıra ərazilər bağlı hərbi zona elan edilib.

Məlumata əsasən, xüsusilə Hələb vilayətinin şərq kəndlərində təhlükəsizlik tədbirləri gücləndirilib. Suriya hərbi rəhbərliyi mümkün əməliyyatlar ərəfəsində mülki əhalinin bölgədən çıxarılması üçün humanitar dəhliz açıldığını açıqlayıb.

Dəhlizin müəyyən saatlar ərzində açıq olacağı, bu müddət bitdikdən sonra isə hərbi hərəkətliliyin başlayacağı qeyd olunub. Bildirilib ki, məqsəd əvvəlcə mülki şəxslərin təhlükəsizliyini təmin etmək, daha sonra isə planlaşdırılan hərbi əməliyyatları həyata keçirməkdir.