Türkiyədə fırtına nəticəsində 3 nəfər ölüb

Türkiyədə fırtına nəticəsində 3 nəfər ölüb Dünya

Türkiyənin bir neçə vilayətində baş verən güclü fırtına nəticəsində 3 nəfər ölüb.

News24.az xəbər verir ki, şəhərdə 45 ağac aşıb, 89 dam uçub, təhlükə yaradan 214 obyektlə bağlı müraciət daxil olub.

Həmçinin 1 tərk edilmiş bina və 1 istinad divarı çöküb. Ümumilikdə, 350 müraciət qeydə alınıb.

Fırtına əsasən İstanbul, Bursa, Aksaray və Aydında ciddi fəsadlara səbəb olub. (Apa)