Türkiyədən təyyarə qəzası ilə bağlı daha bir açıqlama
Dünya
Noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində C-130 hərbi yük təyyarəsinin qəzaya uğradığı yerdə tədqiqatlar başa çatıb.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.
Qeyd olunub ki, araşdırmanı aparan komanda ölkəyə qayıdıb: "Qrupumuz noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 hərbi yük təyyarəmizin qalıqları ilə bağlı araşdırmalarını tamamladıqdan sonra Türkiyəyə qayıdıb. Qalıqların Kayseridəki 2-ci Əsas Baxım Zavod Müdirliyimizə daşınması davam edir". (Unikal)