Üç ildən sonra Xartuma ilk sərnişin təyyarəsi endi

Üç ildən sonra Xartuma ilk sərnişin təyyarəsi endi Dünya

Sudanın Xartum Beynəlxalq Hava Limanına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş edib.

News24.az xəbər verir ki, bu barədə Sudanın rəsmi xəbər agentliyi məlumat yayıb.

Xartum Beynəlxalq Hava Limanı Port Sudan şəhərindən gələn sərnişin təyyarəsini qarşılayıb.

Beləliklə, 2023-cü il aprelin 15-dən sonra Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında toqquşmaların başlamasından bəri ilk dəfə paytaxt Xartuma sərnişin təyyarəsi enib.

Bundan əlavə, Sudanın Baş naziri Kamil İdris və bəzi nazirlər eyni təyyarə ilə Xartumdan Port Sudana uçublar.

Qeyd edək ki, 2023-cü ildən bəri Sudanda ordu ilə RSF arasında baş verən münaqişələr on minlərlə sudanlının ölümünə və təxminən 13 milyon insanın didərgin düşməsinə səbəb olub.