Ukrayna Rusiyanın metallurgiya zavodunu vurdu

Ukrayna Rusiyanın metallurgiya zavodunu vurdu Dünya

Rusiyanın Lipetsk vilayətindəki Novolipetsk Metallurgiya Zavoduna dörd Ukrayna PUA-sı hücum edib.

News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

"Yalnız mülki məhsullar istehsal edən zavod adi qaydada fəaliyyətini davam etdirir. Zavod bu il artıq dördüncü dəfədir ki, hücuma məruz qalır", - məlumatda deyilir.

Qeyd olunur ki, Ukraynaya məxsus PUA bazar ertəsi gecə Belqorod, Voronej və Lipetsk vilayətlərindəki hərbi obyektlərə də hücum edib.