Ukraynada döyüşən 600 muzdlu ələ keçirilib - RUSİYA AÇIQLADI
Dünya
Ukrayna tərəfində döyüşən 600 əcnəbi muzdluya qarşı cinayət işi qaldırılıb.
News24.az-ın xəbərinə görə, bunu Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Aleksandr Bortnikov bildirib:
“Bu faktlarla əlaqədar istintaqı ayrı-ayrılıqda aparılan cinayət işləri çərçivəsində xeyli təkzibolunmaz fakt əldə edilib. Nəticədə 7 ölkənin daha 68 nəfər vətəndaşına ittiham irəli sürülüb. Hazırda ümumilikdə 46 dövlətin 591 vətəndaşı barəsində cinayət işinin istintaqı davam etdirilir. Onların əksəriyyəti Gürcüstan, İsrail, Böyük Britaniya, Almaniya və ABŞ vətəndaşlarıdır”.
Fərid Azəri