Viza verilən zaman sosial şəbəkə hesabına baxılacaq - MARAQLI QƏRAR
Dünya
Almaniya hakimiyyəti Şengen vizasına müraciət edənlərin sosial şəbəkələrini yoxlamaq qərarına gəlib.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bununla da ölkəyə gələn təhlükəli şəxslərin qarşısını almaq hədəflənib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları vizaya müraciət edən şəxslərin bütün açıq məlumatlarını internetdə araşdıracaq.