Vyetnamda daşqın can aldı, onlarla insan həlak oldu
Dünya
Vyetnamda leysan daşqına səbəb olub. Nəticədə 28 nəfər həlak olub, 6 nəfər isə itkin düşüb.
News24.az xəbər verir ki, bu barədə Vyetnam Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi məlumat yayıb.
Təbii fəlakət səbəbilə magistral yolların təxminən 80 faiz hissəsi sürüşmə səbəbindən bağlanıb. Ümumilikdə 245 min sakin işıqsız qalıb.