Xərçəngə yoluxma halları artır: alimlər həyəcan təbili çalır
Dünya
Dünyada xərçəngə yoluxma nisbəti artmaqda davam edir.
Eyni zamanda onkoloji xəstəliklərə daha çox gənclər və uşaqlarda rast gəlinir.
News24.az xəbər verir ki, bu barədə Amerikanın dövri nəşri "The Wall Street Journal" (WSJ) yazır.
Ekspertlər isə vəziyyətin niyə belə olduğunu izah edə bilmirlər. Bu, qeyri-sağlam həyat tərzi ilə əlaqəli ola bilər, lakin bu, hərtərəfli izahat vermir. 50 yaşa qədər insanlar arasında onkoloji xəstələnmənin artması Şimali Amerika, Qərbi Avropa və Avstraliyada nəzərə çarpır.
“Xəstəliyin cavanlaşması var. Problem ətraf mühitdəki dəyişikliklərlə bağlı ola bilər. Bəlkə də səbəblərdən biri qəbul etdiyimiz qida və ya dərmanlardır. Biz hələ də bunu dəqiqləşdirə bilməmişik”, – qəzet yazır.
Mütəxəssislər qeyd edirlər ki, insan sağlamlığına mənfi təsir göstərən bir çox amillərə təkrar emal olunmuş qidalar, yeni toksinlərin yaranması, piylənmə, mikroplastiklər daxildir.
Ayşən