Zavodda dəhşətli partlayış: 1 ölü, 4 yaralı

Zavodda dəhşətli partlayış: 1 ölü, 4 yaralı Dünya

Serbiyada Krusevaç şəhərindəki Traial zavodunda partlayış baş verib, nəticədə bir nəfər ölüb, dörd nəfər yaralanıb.

News.24.az xəbər verir ki, bu barədə “RTS” məlumat yayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra başlayan yanğın lokallaşdırılıb.

Zavod rəhbərliyi hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Mehriban Mirzəzadə