Zelenskini Putinə "gizli mesaj"ı - FOTO

Zelenskini Putinə "gizli mesaj"ı - FOTO Dünya

Ukrayna prezidenti Vladimir Zelenskinin yanvarın 11-də Estoniyaya səfər edib və Baş nazir Kaya Kallas ilə görüşüb. Görüş zamanı Zelenskinin geyimi diqqət çəkib. 

News24.az xəbər verir ki, Zelenski üzərində 48,3794° və 31,1656° rəqəmləri həkk olunmuş sviter geyinib. "Bild" nəşri bunu Vladimir Zelenskinin Vladimir Putinə “gizli mesajı” adlandırıb. Belə ki, həmin rəqəmlər Ukraynanın Kirovoqrad vilayətinin Dobroveliçkovka kəndinin koordinatlarıdır. Ölkənin coğrafi mərkəzi 1991-ci ildə rəsmi olaraq tanınan sərhədlər daxilində yerləşir. Beləliklə, Zelenski hər hansı ərazi güzəştlərindən imtina etdiyini və ölkəsinin sərhədlərində baş verən hər hansı dəyişikliyi tanımaq niyyətində olmadığını bəyan edir.

Görüş zamanı Estoniya rəsmisinin də geyimi diqqət çəkib. Baş nazir Ukrayna bayrağının rənglərində ornamentli kostyum geyinib. 







Zelenskini Putinə "gizli mesaj"ı - FOTO