Zooparkda qeyri-adi hadisə - Pandalar it çıxdı

Zooparkda qeyri-adi hadisə - Pandalar it çıxdı Dünya

Çin zooparkında işçilər itləri rəngləyərək onları panda kimi təqdim ediblər.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb.

Zoopark işçiləri Çov-çov cinsindən olan itləri ağ-qara rəngə boyayıb onları panda kimi təqdim ediblər.

Ziyarətçilərin sözlərinə görə, itlər dillərini çıxarıb ağır nəfəs almağa başlayanda onlar bu heyvanların panda olmadığından şübhələniblər. Sorğu-sualdan sonra işçilər heyvanların rənglənmiş it olduqlarını etiraf ediblər.