"Zootopia 2" Çində ən çox gəlir qazanan Hollivud filmi oldu
Dünya
"Zootopia 2" animasiya filmi Çində 632 milyon dollar gəlir əldə edib. Bu nəticə ölkədə nümayiş etdirilən Hollivud filmi üçün mütləq rekorddur.
News24.az xəbər verir ki, bu barədə "Discussing Film" məlumat yayıb.
Əvvəllər Çində ən çox gəlir əldə edən Hollivud filmi 2019-cu ildə çəkilmiş "Qisasçılar: Son oyun" filmi olub (təxminən 629 milyon dollar).
Qlobal miqyasda isə "Zootopia 2" 1.7 milyard dollardan çox gəlir əldə edib.
Xatırladaq ki, "Zootopia 2" dovşan Cudi və tülkü Nikin yeni hekayəsindən bəhs edir.(Oxu.az)