Azərbaycanda ŞOK HADİSƏ – Azyaşlı qızla cinsi əlaqədə olan 2 nəfər TUTULDU
    • 17-10-2019, 17:19
    • 2 150

Azərbaycanda ŞOK HADİSƏ – Azyaşlı qızla cinsi əlaqədə olan 2 nəfər TUTULDU

Göyçayda yeniyetmə qızla cinsi əlaqəyə girən şəxs barəsində cinayət işi açılıb. 

News24.az-ın məlumatına görə, Göyçay Rayon Polis Şöbəsində rayon sakini Abdurahmanov Əli Arzu oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci, yəni, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə cinayət işi açılıb. Onun T.Q adlı 15 yaşlı qızla cinsi əlaqədə olduğu məlum olub və yeniyetmə qız iş üzrə zərərçəkən şəxs qismində tanınıb.
Cinayət Məcəlləsinin eyni maddəsi ilə Qusar Rayon Polis Şöbəsində də cinayət işi açılıb.

Belə ki, rayon sakini Əlisultanov Azər Hacıbaba oğlunun yetkinlik yaşına çatmayan Ə.G ilə cinsi əlaqədə olması faktına görə 152.1-ci maddə ilə cinayət işi açılıb.