Kürdəmirdə avtomobil oğrusu ƏLƏ KEÇDİ
    • 16-11-2019, 15:32
    • 828

Kürdəmirdə avtomobil oğrusu ƏLƏ KEÇDİ

Kürdəmir rayonunda avtomobil qaçıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də şəhər ərazisindən Atakişili kənd sakini Z.Rzayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini E.Kərimov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.