Azərbaycanda dəhşətli avtomobil qəzası - ÖLƏN VAR
    • 27-12-2019, 13:19
    • 615

Azərbaycanda dəhşətli avtomobil qəzası - ÖLƏN VAR

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində “Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.