Zaqatalada dəhşətli qəza -  ÖLƏN VAR
    • 25-12-2019, 10:48
    • 645

Zaqatalada dəhşətli qəza - ÖLƏN VAR

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Zaqatala rayonunun Əliabad qəsəbəsində "ВАЗ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1983-cü il təvəllüdlü Gülməmmədov Tural Məmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.